Qalxdı köç eylədi Əfşar elləri,
Ağır-ağır gedən ellər bizimdir.
Ərəb atlar yaxın eylər irağı,
Uca dağdan aşan yollar bizimdir.
Belimizdə qılıncımız girmani,
Daşı dələr mizrağımın təmrəni!
Haqqımızda dövlət vermiş fərmanı,
Fərman padşahındı, dağlar bizimdir.
Dadaloğlu, yarın qovğa qurulur,
Ötər tüfəng, davulçular vurulur,
Neçə qoç igidlər yerə sərilir,
Ölən ölür, qalan sağlar bizimdir!