Reklam
Reklam
  • Misə qızıl vurmaq nəyə gərəkdir,

    Mis yenə özünü göstərəcəkdir.

  • Qüvvət elmdədir, başqa cür heç kəs,

    Heç kəsə üstünlük eyləyə bilməz.

    Hər uca rütbədən biliniz, fəqət,

    Alimin rütbəsi ucadır əlbət.

  • Öylə bir ixtiyar olsaydı məndə, 
    Qoymazdım bəndəyə möhtac bir bəndə.

  • Az danış, desinlər sözündə güc var, 
    Çox sözü dinləyən çox nöqsan tutar. 
    Çox söyləmək bəlkə sənə asandır, 
    “Çox oldu” desələr böyük nöqsandır.

  • Yaşa ki, dünyaya işıq verəsən, 
    Torpağa göz dikmə ilan kimi sən. 

  • Yaxşı adamların göz yum eybinə, 
    Yaxşı şey öyrətməz yaman göz sənə. 

  • Hər şeyi özünçün əkmək nə yarar? 
    Dünyada hesabsız ruzi yeyən var! 
    Köçənlər bir çox şey əkmişdir bizə, 
    Biz də əkməliyik gənc nəslimizə.

  • Belə misal çəkmiş aqil bir insan: 
    “Qurd girməz sürüyə yatmasa çoban”.

  • Kamil bir palançı olsa da insan, 
    Yaxşıdır yarımçıq papaqçılıqdan.

  • İnsana arxadır onun kəlamı, 
    Ağlıdır hər kəsin dövləti, malı.

  • Yüz il sonra sorsan bəs o hardadır,
    Hər beyti səslənər: “burda, burdadır”.

  • Şeirdən ucalıq umma dünyada,
    Çünki Nizamiylə qurtardı o da.
    Nə qədər şair var, söz var, şeir var,
    Dünyada onlardan mənəm yadigar.

  • Bir olsa yoldaşın, dostun əməli,

    Daşdan su çıxardar onların əli.

    Nifaq olan yerdə fəlakət də var,

    Səadət günəşi birlikdən doğar.