Reklam
Reklam
  • Qayıt, yerinə qoy Ayı, Günəşi, –
    Yenə olduğu tək görüm həyatı.
    Qayıt, gözüm nuru, könlüm atəşi,
    Qayıt, sahmana sal bu kainatı.

  • Həsrətin araya atdı dağ, dərə,
    Sönən işıq oldun, batan səs oldun.
    Qayıt, mənim gülüm, qayıt bu yerə,
    Ey mənim istəyim, nə gəlməz oldun?!

  • Zəhmətsevər, ağır, enli, cod əli vardı,

    Tale kimi endirərdi çiynimə hərdən...

  • Eh, bu gün nə qədər xəyala daldım,
    Eh, qəlbim nə qədər alışdı, dindi.
    Sən mənim qədrimi biləsən deyə,
    Bu cavan yaşımda ölümmü indi?