Reklam
Reklam
  • Leyləklərin çöp yuvası boş qalıb,

    Bahar gedib, payız gəlib, qış qalıb.

    Göy çəməndə ocaq yanıb, daş qalıb,

    Bu dünyanın qara daşı göyərməz.

  • Taleyin qisməti rast saldı bizi.

    Yolumuz haradasa qırılacaqsa,

    İtirəcəyiksə bir-birimizi,

    Xatirəm yadında qalmayacaqsa,

    Bu əllər mənimki olmayacaqsa,

    Bu tellər mənimki olmayacaqsa,

    Gəl məni özünə öyrətmə məni,

    Hicran qorxusuyla göynətmə məni.

    Əlimi saçıma öyrətmə belə,

    Gözümü gözünə öyrətmə belə,

    Üzümü üzünə öyrətmə belə.

  • Ulduztək üstümə səpələn, ey qar,

    Geyindir əynimə ağappaq donu.

    Sənin ki, bu qədər təmizliyin var,

    Bağışlamaq olar soyuqluğunu.