- Asta gedən eşşəyin təpiyi yaman olar. (Tat)
- Üstümü unlu görüb, məni dəyirmançı bilirsən. (Tat)
- İt itin ayağını basmaz. (Tat)
- Ana qarğışı övladı tutmaz. (Tat)
- Hərə odu öz qoğalının altına çəkər. (Tat)
- Yovşan tumundan palıd cücərməz. (Tat)
- Dəvə oynayanda qar yağar. (Tat)
- Ölünün gözü dirinin ardınca olar. (Tat)
- Qardaşıq, cibimiz ayrıdır. (Tat)
- Ağrımayan başına qırmızı yaylıq bağlama. (Tat)
- Öküz quyruğuna görə bıçaq sındırma. (Tat)
- Varlı qapısına getmə ki, o həmişə ağlayar. (Tat)
- Bir arxa ki su gəldi, ümid var bir də gələ. (Tat)
- İtə pir qənim olmur. (Tat)
- Fərli uşaq elə bələyindəcə bilinər. (Tat)
- Ət yeyən cücənin dimdiyi əyri olar. (Talış)
- At işlədi, eşşək yedi. (Talış)
- Özgə oğuldan qardaş olmaz, özgə qızından bacı. (Talış)
- Yaxşı adamla oturub-dursan, ondan da yaxşı olarsan. (Talış)
- Xörək yeyəndə yoldaşını gözlə. (Talış)