Reklam
Reklam
  • Tost deyəni yox, dost olanı axtar. (Saxur)
  • İstəmədiyini başqasına da rəva bilmə. (Saxur)
  • Evi süpürəndə başındaki ağılı da süpürmə. (Saxur)
  • Böyüyə bilərsən, böyük ola bilməzsən. (Saxur)
  • Birini ye, beşini sədəqə ver. (Saxur)
  • Qızı olan ata-ananın qulağının biri böyük, biri kiçik olmalıdır. (Saxur)
  • Pulsuz ol, abırsız olma. (Saxur)
  • Xörək başqasının, qarın sənindir. (Saxur)
  • Böyük nəfsin vardırsa, qonaqlığa getmə. (Saxur)
  • Korlar azmış kimi, savadsızlar da artır. (Saxur)
  • Savadsızla korun fərqi yoxdur. (Saxur)
  • Bəxt kəsəni bıçaq kəsməz. (Saxur)
  • Doğma atasına oğulluq etməyəndən özgəyə oğul olmaz. (Saxur)
  • Balığı sudan, uşağı əlindən tut. (Saxur)
  • Qabağa keçəndən yox, arxada qalandan qorx. (Saxur)
  • Xəstə heyvan otlayırsa, ölməz. (Saxur)
  • Xətrə toxunası sözü ağzından çıxarma. (Saxur)
  • Gəzən ayağa palçıq yapışar. (Saxur)
  • Ad dəyişməklə eşşək dəyişməz. (Saxur)
  • Ağılsız qızdansa, kor oğul yaxşıdır. (Saxur)