Reklam
Reklam
  • Taxılı səpəndə dəyirman axtararlar. (Saxur)
  • Üstündə pul olmayana dilənçi deməzlər. (Saxur)
  • Qardaşdan yaxşı dostu ayrı yerdə axtarma. (Saxur)
  • Pambıq üstə axsayandır. (Saxur)
  • İtin olmasa da, çobanın xətri var. (Saxur)
  • Daş anbara diyirlənər. (Saxur)
  • Hər çağırılan yerə getməzlər. (Saxur)
  • Gülləri yığmağa getmişdim, kol-kosa düşdüm. (Saxur)
  • Görüləsi işi bir ay qabaq gör. (Saxur)
  • Evdə umac bişirə bilməyən, kənd üçün plov bişirir. (Saxur)
  • Onun ipinin üzərində çovdar qurutmaq olmaz. (Saxur)
  • Gül gülə baxıb açılar. (Saxur)
  • Qarğaya da öz balası gözəldir. (Saxur)
  • Ayaqlarını su aparır, başı isə göydədir. (Saxur)
  • Əvvəl yoldaş, sonra yol. (Saxur)
  • Elə bil söhbətin ortasına keçi buraxdılar. (Saxur)
  • Pişik üçün oyun - siçan üçün ölüm. (Saxur)
  • Ayı ilə bir çuvala girmə. (Saxur)
  • Nə uzanıbsan, elə bil yüz qoyun qazanıbsan? (Saxur)
  • Qarğayla uçan zibilə qonar. (Saxur)