Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zəhərləmək [zəhərrəməx'] feil

1. Ağılamaq, zəhərlə təsir etmək, zəhər vermək, zəhər içirmək, zəhər verib öldürmək, zəhərli maddələrlə öldürmək, qırmaq. □ Qazla zəhərləmək.
2. Məcazi mənada: acı, zəhərli söz deyərək, qəlbini incitmək, son dərəcə kədərləndirmək, acılamaq.
3. Zəhər və ya zəhərli maddə qatmaq. □ Havanı zəhərləmək.
4. Zəhər və yaxud zəhərli maddənin təsiri ilə xəstələndirmək, xəstələnməsinə, pozulmasına, xarab olmasına səbəb olmaq. □ İçki ilə bədənini zəhərləmək.
5. Məcazi mənada: korlamaq, xarab etmək, pozmaq, çox pis təsiretmək. □ Kefini yaman zəhərlədilər.

Azərbaycan dilinin izahlı lüğəti