Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yaxmaq1 [yaxmax] feil

1. Qatı, yağlı bir maddəni bir şeyin üstünə sürtüb yaymaq, bulamaq, batırmaq. □ Çörəyə kərə yaxmaq. Ənliklə sürmə çox olanda qaşa da yaxarlar, gözə də. (Atalar sözü).

2. Məcazi mənada: əsassız olaraq isnad etmək, boynuna qoymaq, üstünə atmaq. □ Sənin bu ləçər qızın mənim üstümə oğurluq yaxır. (N.Vəzirov).

yaxmaq2 [yaxmax] feil

1. Yanmağına səbəb olmaq; yandırmaq. □ Qonşu qonşuya baxar – özünü oda yaxar. (Atalar sözü).

2. Məcazi mənada: mənəvi əzab və iztirab vermək, ruhən incitmək, çox ağır təsir etmək. □ Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. (“Aşıq Qərib”).

Həmçinin bax:

frazeologizm: adına qara yaxmaq frazeologizm: bığdan götürüb saqqala yaxmaq frazeologizm: canını atəşə yaxmaq frazeologizm: canını eşq oduna yaxmaq frazeologizm: canını oda yaxmaq frazeologizm: qara yaxmaq frazeologizm: ləkə vurmaq (yaxmaq, atmaq) frazeologizm: özünü oda yaxmaq Azərbaycan dilinin izahlı lüğəti