Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yaxalamaq1 [yaxalamax] feil

1. Yaxasından tutmaq, boğazından yapışmaq. □ Biz ayı vurulan yerə yetişər-yetişməz itlər ayını yaxaladı. (A.Şaiq).

2. Tutmaq, ələ keçirmək, həbs etmək. □ Oğruları yaxaladılar.

3. Tapmaq, haqlamaq, tutmaq (gedən yerdə, qaçarkən, uzaqlaşarkən, yaxud bir iş görərkən). □ Mehriban mütərəddid idi. Bir istəyirdi ki, Zeynalın ardınca gedib onu Yelizavetanın evində yaxalasın. (S.Hüseyn).

4. Məcazi mənada: gəlib yetişmək, başının üstünü almaq. □ Əcəl onu yaxaladı.

5. Məcazi məcada: rast olmaq, rast gəlmək, tuş gəlmək. □ Tərs kimi güllə həmişə elə qorxağı yaxalayır. (M.Hüseyn).

yaxalamaq2 [yaxalamax] feil

Təmiz su ilə yumaq, hər tərəfinə su axıtmaq, suya çəkmək. □ Əllərini yaxalamaq. Boşqabları yaxalamaq.

Azərbaycan dilinin izahlı lüğəti