1. Məsafə etibarilə çox uzaq olmama, yaxın olma, yaxın yer, ətraf. □ Qəsəbənin dəmir yoluna yaxınlığı. Bazarın evə yaxınlığı. Yolun yaxınlığı. Bu vaxt, birdən yaxınlıqda oxunan bir mahnı eşidildi. (İ.Əfəndiyev).
2. Zaman etibarilə uzaq olmama, yaxın olma; yaxınlaşma. □ Qışın yaxınlığı. İmtahanların yaxınlığı.
3. Yaxın münasibət, yaxın əlaqə; yoldaşlıq, dostluq münasibəti. □ İnsanlar arasında yaxınlıq.
4. Uyğunluq, oxşarlıq, bənzərlik. □ Tərcümənin orijinala yaxınlığı.
Azərbaycan dilinin izahlı lüğəti