Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yalamaq [yalamax] feil

1. Bir şeyin üstünə dilini sürtmək. □ Qoyun yeni doğulmuş quzusunu yalayırdı.

2. Dilini bir şeyə sürtüb bulaşdıraraq udmaq və ya içmək. □ Balı yalamaq. Boşqabdakı mürəbbəni yalamaq. Bal tutatn barmaq yalar. (Atalar sözü).

3. Məcazi mənada: üzdən dəyib keçmək, azacıq toxunmaq. □ Güllə onun başını yalayıb keçmişdi. (R.Rza).

Həmçinin bax:

frazeologizm: boşqab dibi yalamaq frazeologizm: qab dibi yalamaq frazeologizm: qazan dibi yalamaq frazeologizm: tüpürdüyünü yalamaq frazeologizm: üzünü it də görsə, yalamaz Azərbaycan dilinin izahlı lüğəti