Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

xirnix'1

Borçalı, Daşkəsən, Füzuli, Gədəbəy, Xanlar, Qazax, Tovuz

Bax: xirnək Do:şan balasına xirnix' deyərix' (Daşkəsən); Atbatannan gedirdim bi xirnix' tafdım (Xanlar).

xirnix'2

Tovuz

Yapon xurması. □ Xirniyi kal-kal yə:ndə adamın ağzını bürüşdürür.

xirnix'3

Şahbuz

Çoxbilmiş, hiyləgər. □ Çox xirnix' adamdı, onnan başarmax çətin məsələdi.

Azərbaycan dilinin dialektoloji lüğəti