fars. – hərfi mənası: bir uzunqulaq yükü < xər – uzunqulaq + var – kimi, tək
Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda və Orta Asiyada mövcud olmuş çəki vahidi.
X.-dan böyük çəkili yükləri ölçmək üçün istifadə edilib. X.-ın həcmi ayrı-ayrı ərazi və dövrlərdə müxtəlif olub. “Efron və Brokqauz ensiklopediyası”nın məlumatına görə, XIX əsrdə Naxçıvan qəzasında bir X. 25 puda (təqribən 400 kq) bərabər götürülüb. Digər mənbələrə görə, Bakı qəzasında bir X. 23,5, Lənkəran qəzasında – 26, Şamaxı qəzasında – 15 puda bərabər olub.
Tarix terminləri lüğəti