Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

xətt1 [xətt] isim

1. Yazarkən hərfləri təsvir etmə tərzi, yazı yazma xüsusiyyəti; yazı. □ Gözəl xətt.
2. Nazik saqqal. □ Üzündəki xətt.

xətt2 [xətt] isim ərəb 

1. Cızıq. □ Kağıza çəkilən xətlər.

2. İki məntəqəni birləşdirən yol. □ Moskva – Bakı dəmiryol xətti.
3. Teleqraf, telefon rabitəsi qurğuları (məftillər, kabellər və s.); su, kanalizasiya sistemi. □ Telefon xətti.
4. Elektrik enerjisini nəql etmək üçün qurğular (məftillər, kabellər və s.) sistemi. □ Hər yerdə elektrik xətti kəsilmişdir.
5. Yan-yana durmuş şeylərin uzun sırası, bir şeyin arasıkəsilməz sırası. □ Müdafiə xətti.
6. Bir dövlətin hüdudu, sərhədi və bu sərhəd boyunca olan istehkamlar sırası. □ Cəbhə xəttindəki əsgərlər.
7. Vuruşan iki tərəf arasında uzanan yer, döyüş gedən yer. □ Ön xətdə olmaq.
8. Cizgi. □ Baxıram heykələ mən heyrətdəyəm. Necə yerindədir hər xətt, hər qırış! (B.Vahabzadə).
9. Məcazi mənada: istiqamət, hərəkət, görüş tərzi. □ Düzgün xətt.

10. Qan qohumluğu əsasında birləşmiş adamların ardıcıl sırası, əcdadlar, nəsillər sırası. □ Ata xətti ilə qohumluq.

See also:

frazeologizm: ana xətt frazeologizm: xətdə qal frazeologizm: qırmızı xətlə keçmək frazeologizm: üstündən xətt çəkmək jurnalistika: qaynar xətt coğrafiya: demarkasiya xətti coğrafiya: xətti eroziya coğrafiya: xətti miqyas coğrafiya: iqlim qar xətti coğrafiya: qar xətti coğrafiya: suayırıcı xətti coğrafiya: üfüq xətti coğrafiya: vaxt dəyişmə xətti Azərbaycan dilinin izahlı lüğəti