Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

xəmsin

ər.əlli

Afrikanın şimal-şərqində əsən isti və quru, güclü cənub küləyi.

İldə təqribən 50 gün əsir (əsasən, aprel-iyun aylarında). X. günortadan sonra daha da güclənməsi, günəş batana yaxın kəsməsi ilə səciyyələnir. Misir, Liviya və Sudan üçün daha xarakterikdir. Bu ərazilərdə X.-lə eyni xüsusiyyətlərə malik olan, lakin ilin digər fəsillərində əsən küləyə isə şarav deyilir.

Coğrafiya terminləri lüğəti