1. Vaxtı çatmadan, vaxtı çatmamış, vaxtından tez. □ Vaxtsız banlayan xoruzun başını kəsərlər. (Atalar sözü).
2. Çox tez. □ Qanunsuz, qaydasız mübarizələr; Vaxtsız ölümlərdən gətirir xəbər. (S.Vurğun).
3. Yersiz, qeyri-münasib vaxtda, gec. □ Vaxtsız gəlmək. Vaxtsız qonaq kisəsindən yeyər. (Atalar sözü).
4. Mövsümündə olmayan, mövsümündən əvvəl və ya sonra hasil olan. □ Vaxtsız meyvə. Vaxtsız əkin bar verməz.
Azərbaycan dilinin izahlı lüğəti