Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

uzlaşmaq [uzlaşmax] feil

1. Uyğunlaşmaq, uyğun gəlmək, müvafiq olmaq, həmahəng olmaq, düz gəlmək. □ Yeni layihə əvvəlki ilə tamamilə uzlaşır. Onun sözü işi ilə uzlaşmır.

2. Sözləşmək, şərtləşmək, qərarlaşmaq, danışıb razılığını almaq. □ Əvvəlcə yoldaşlarla danışıb uzlaşmaq lazımdır.

3. Dilçilik. Cümlədə asılı olduğu sözün durduğu kəmiyyətdə, halda və ya şəxsdə durmaq. □ Cümlədə xəbər mübtəda ilə uzlaşmalıdır.

Azərbaycan dilinin izahlı lüğəti