1. Üfüqi və hərəkətsiz bir vəziyyət almaq, uzanmış vəziyyət almaq (yatmaq, dincəlmək və ya başqa məqsədlə). □ Divanda uzanmaq. Otun üstündə uzanmaq. Üzüqoylu uzanmaq. Böyrü üstə uzanmaq.
2. Bütün bədəni ilə yerə yıxılmaq, sərilmək. □ Tirtap yerə uzandı.
3. Əlini, başını, ya bütün bədənini bir şeyə və ya bir adama tərəf uzatmaq, özünü qabağa vermək. □ Uzanıb stolun üstündən kitabı götürdü. Uşaq oyuncağı görən kimi ona tərəf uzandı.
4. Uzanıb-gedən sahə haqqında (çox vaxt “uzanıb-getmək” şəklində işlənir); uzun məsafədə sıra ilə, yaxud yan-yana düzülmək. □ Arxa tərəfdən ucsuz-bucaqsız geniş düzənlik uzanıb-gedirdi. (İ.Əfəndiyev).
5. Boy atmaq, boya vermək, böyümək. □ Uşaq bir ildə çox uzanıb.
6. Uzunlaşmaq, çoxalmaq, artmaq; sallanmaq (saç, saqqal, dırnaq və s. haqqında). □ Müəllim belindən aşağı uzanan hörüklərinə diqqət etdi. (S.Hüseyn).
7. Daha uzun olmaq, uzununa artmaq, daha uzun görünmək. □ Axşam düşür, kölgələr uzanır.
8. Bir şeyə tərəf yönəlmək. □ Bizim birliyimiz kəsəcək ancaq; Düyməyə uzanan o barmaqları. (B.Vahabzadə).
9. Daha sürəkli, daha uzun olmaq, yaxud görünmək, bir vaxta qədər, bir müddətədək davam etmək; çox çəkmək, davam etmək. □ Günlər getdikcə uzanır. Mübahisə bir neçə saat uzandı. Ziyafət gecə yarısına qədər uzandı.
10. Məcazi mənada: ləngimək, yubanmaq, təxirə düşmək. □ Məsələnin həlli çox uzandı. İşin icrası bir qədər uzandı.
11. Məcazi mənada: iz buraxaraq uzaqlaşmaq, çəkilmək, getmək. □ Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə doğru uzanmağa başlamışdı. (A.Şaiq).
Həmçinin bax: