Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

uyuşmaq [uyuşmax] feil

1. Keyləşmək, keyimək, hissizləşmək, duyma qabiliyyətini itirmək. □ Soyuqdan əlləri uyuşdu.
2. Uyğunlaşmaq, uyğun gəlmək; alışmaq, müvafiq olmaq, uymaq, tutmaq. □ Sanki bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin əbədi ahəngini yaratmışdı. (M.İbrahimov).

3. Yetişmək, qovuşmaq, ulaşmaq. □ İndi mən yalnız göyləri, işıqları, ulu Hörmüzün ülviyyətini və ona uyuşmağı düşünürəm. (C.Cabbarlı).

Azərbaycan dilinin izahlı lüğəti