Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

uydurmaq [uydurmax] feil

1. Olmamış, ya olmayan bir şeyi öz xəyalında yaratmaq, özündən düzəltmək, özündən quraşdırmaq; qondarmaq. □ ...hər halda bir bəhanə uydurmağı qərara aldı. (M.İbrahimov).

2. Məcazi mənada: yuxulatmaq, gözünü bağlamaq, iğfal etmək. □ ...o səni həyatdan gizlədir, uydurur, o səni öz istədiyi kimi yağışdan çıxarıb yağmura salacaqdır. (C.Cabbarlı).

3. Uyğunlaşdırmaq, uyuşdurmaq, uyğun hala gətirmək, uyğun etmək. □ Oxşadır səsini bir komandana; Ayaqlar özünü uydurur ona. (S.Vurğun).

Azərbaycan dilinin izahlı lüğəti