Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

uduzmaq [uduzmax] feil

1. Oyunda, yarışda, döyüşdə, mübahisədə və s.-də məğlub olmaq, basılmaq, yenilmək. □ Şahmatda uduzmaq. Yarışda uduzmaq. Müharibədə uduzmaq.

2. Qumarda pul və ya şeyini baxtalamaq, itirmək, əlindən çıxarmaq. □ Bu gecə on beş tümənin hamısını bir yerdə uduzdum. (M.F.Axundzadə).

3. Məcazi mənada: üstünlüyünü, yaxşı, əlverişli imkanını, xeyrini, yaxud fürsəti əlindən qaçırmaq, itirmək, malik olduğu və ya ola biləcəyi şeydən məhrum olmaq. □ Rüstəm bildi ki, işi uduzub. (M.İbrahimov).

Həmçinin bax:

frazeologizm: ağlını uduzmaq Azərbaycan dilinin izahlı lüğəti