Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tutağac1

Bakı, Basarkeçər, Borçalı, Daşkəsən, Göyçay, Qazax, Mingəçevir, Tərtər

Ocaqdan isti qab və s. götürmək üçün xüsusi dəsmal, tutqac. □ Tutağacnan isdi qazanı götürüllər ojaxdan (Borçalı); Tutağacı ver, qazanı götürüm (Basarkeçər).

tutağac2

Hamamlı

İki vedrəni birdən götürmək üçün çiyin ağacı. □ Bajım tutağacı götürüf bula: getdi suyətirmə:.

Azərbaycan dilinin dialektoloji lüğəti