Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tullanmaq [tullammax] feil

1. Sıçramaq, hoppanmaq, atılmaq, atılıb-düşmək. □ Qatar gedə-gedə Rüstəm tullanıb, birbaş kəndlərinə doğru yollandı. (T.Ş.Simurq).
2. Paraşütlə atılmaq, enmək, düşmək. □ Təyyarənin ağır zədələndiyini görən təyyarəçi paraşütlə dənizə tullandı. (Ə.Vəliyev).
3. Bir şeyin üstündən atlanıb keçmək, aşmaq, aşıb keçmək, üstündən hoppanmaq. □ Tullan bağda hasarı; Ya ağ geyin, ya sarı. (Bayatı). Əvvəl arxı tullan, sonra bərəkallah de. (Atalar sözü).
4. İdman. İdmanın hündürlüyə və uzununa tullanmaqdan ibarət yüngül atletika növü. □ ..Qəmər çox zirək qızdır. Bildir rayonda yüyürməkdə birincilik, tullanmaqda ikincilik qazandı. (Ə.Vəliyev).
5. Atlanıb-düşmək, hoppanıb-düşmək, oynaşmaq. □ Hamı oturub baş, bədən, qol-qıçlarını tərpədərək yerlərində tullanardılar. (H.Sarabski).

Həmçinin bax:

frazeologizm: arxı tullanmamış “hop” demək Azərbaycan dilinin izahlı lüğəti