1. Bir şeyi az və ya çox şiddətli bir hərəkətlə yaxına və ya uzağa, yuxarıya və ya aşağıya atmaq; fırlatmaq. □ Rəfizadə şərab şüşəsini götürüb, Mahmud xana tulladı. (M.S.Ordubadi).
2. Bir şeyi əldən buraxaraq yerə düşürmək, yerə atmaq. □ Papiros qırıntılarını yerə tullamaq olmaz!
3. Çəkmək, itələmək, kənara çəkmək, atmaq. □ ..Zərrintac xanım bəzəkli yorğanı üstündən kənara tulladı. (S.Rəhimov).
4. Tökmək, salmaq. □ Təyyarələr beş yüz kiloqram ağırlığında olan bombaları yerə tulladı. (Ə.Vəliyev).
5. Tərk etmək; buraxıb getmək. □ Hələlik tullamışıq xaneyi-viranələri; Dolanıb kişvəri-Tiflisdə kaşanələri. (M.Ə.Sabir).
6. Məcazi mənada: əl çəkmək, atmaq.□ Qırxların əlindən bir badə içdim; Tulladım namusu, həyadan keçdim. (Molla Cümə).
7. Məcazi mənada: içmək. □ Cümşüd bəy evdən çıxmamış bir neçə piyalə qırmızı çaxır tullayıb getdi. (E.Sultanov).
Həmçinin bax: