Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

territorial sular

Dənizlərin bir dövlətin yurisdiksiyası altında olan və bu dövlətin ərazisi sayılan hissəsi.

1994-cü ildə qüvvəyə minmiş “Dəniz hüququ üzrə beynəlxalq konvensiya”ya görə, T.S.-ın sərhədi sahil xəttindən (ən böyük su çəkilməsi nöqtəsindən) maksimum 12 dəniz mili (22,2 km) qədər aralı keçə bilər. Lakin bəzi ərazilərdə dövlətlərin daxili qanunvericiliyi ilə T.S. üçün daha az məsafə müəyyənləşdirilib (məs.: Farer adaları – 3 dəniz mili). Adətən, bir dövlətin gəmiləri digər dövlətin T.S.-ından beynəlxalq konvensiyanın şərtlərinə əməl etməklə sərbəst keçmək hüququna malikdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti