Yerin dərinliyində, o cümlədən mantiyasında baş verən, Yer qabığında süxurların deformasiyası ilə nəticələnən tektonik proseslərin yaratdığı mexaniki hərəkətlər.
T.H.-i – qalxmaları, enmələri, sürüşmələri, sınmaları və s. – törədən başlıca amil Yerin altında radioaktiv parçalanma və qravitasiya diferensiasiyası zamanı törəyən enerjidir. T.H. eyni vaxtda çox böyük ərazini əhatə edir, epeyrogenik və orogenik, üfüqi və şaquli, yönəldilmiş və titrəyişli olur.
Coğrafiya terminləri lüğəti