Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

taxmaq [taxmax] feil

1. İki şeyin uclarını bir-birinə keçirmək, ilişdirmək, yaxud bir şeyi başqa bir şeyə keçirmək; sancmaq. □ Xub gözəldir, hamıya baxır; Ona baxana iynələr taxır. "Günəş" (Tapmaca).
2. Keçirmək. □ İşə xor baxma, boynuna torba taxar. (Atalar sözü).
3. Bir şeyi bir şeyin üstünə qoymaq, bənd etmək, ilişdirmək. □ Tahir sümük çərçivəli eynək taxmış ucaboy, buğdayısifət, qıvrımsaç alimi yaxşı xatırlayırdı. (M.Hüseyn).
4. Əyninə, əlinə keçirmək, geymək. □ Varı olan taxar, varı olmayan baxar. (Atalar sözü).

Həmçinin bax:

frazeologizm: maska geymək (taxmaq) frazeologizm: şişə taxmaq Azərbaycan dilinin izahlı lüğəti