Həmcins üzvlər və tabesiz mürəkkəb cümlənin komponentləri arasında olan sintaktik əlaqə növü.
Tabesizlik əlaqəsində tərəflər bərabərhüquqlu olur. Məsələn, “Selcan və İnci mehriban və səmimi bacıdırlar” cümləsində Selcan və İnci həmcins mübtədaları, mehriban və səmimi həmcins təyinləri − biri o birinə tabe olmadan, aydınlaşdırmadan sintaktik əlaqəyə girmişlər. Tabesizlik əlaqəsi olan tərəflər ya yalnız intonasiya, ya da intonasiya və tabesizlik bağlayıcıları vasitəsilə əlaqələnir: Dağı, dərəni yorulmadan qaçırdıq (intonasiya). Qocalar və cavanlar rəqs edirdilər (bağlayıcı).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti