1. Təngə gəlmək, cana gəlmək, bezmək. □ Katib təngləşib çıxardı, baş qoşmazdı. (Mir Cəlal). 2. Təng olmaq, sıxılmaq, nəfəsi çətinləşmək, ürəyi sıxılmaq, təngimək. □ Süsən yenə dinmədi. Onun nəfəsi təngləşdi. (M.Hüseyn).