Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tәbdil

ər. təbdil, bədəl – әvәzlәmә, әvәzetmә

Başqa xalqa məxsus dram әsərinin milli zәminə uyğunlaşdırılması; iqtibas yolu ilә yaranan səhnə әsәri.

Təbdildə surәtlәrin adı dә­yişilir, milli adәt-әnәnә vә әxlaqla bir araya sığışmayan sәh­nәlәr, epizodlar vә s. ixtisar edilir, iqtibas edilən әsәrin əsas ideyası qorunub saxlanılır. Mәsәlәn, N.Vәzirov Molyerin “Xә­sis” әsәrini “Ağa Kәrim xan Әrdәbili” adı ilә Azәrbaycan dilinә təbdil edib.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti