fr. soufleur – nəfəs almaq, üfürmək
1. Səhnədə xəlvət yerdə əyləşərək tamaşa və ya məşq zamanı ehtiyac yarandıqda aktyora rolun mətnini xatırladan şəxs.
2. Televiziyada xəbərin, yaxud çıxışın mətnini diktorun, aparıcının üzdən oxuması üçün displeydə əks etdirən qurğu.
Bu qurğu kameranın üstündə, yaxud altında quraşdırılır, diktorun, aparıcının baxışını kameradan yayındırmamasına imkan verir və onların mətni özlərindən söylədiyi haqda təəssürat yaradır.
3. Məcazi mənada: cavabı, deməli olduğu sözü başqasına pıçıldayan, təlqin edən şəxs.
Jurnalistika terminləri lüğəti