ər. sufi – yun əba geyən < suf – yun
İslam dinində mistik-asketik cərəyan.
S. tərəfdarları sufi adlandırılır. Bu dini cərəyan VIII əsrdə müasir Suriya və İraq ərazisində yaranıb, sonradan isə Afrikanın şimal-qərbindən tutmuş Çin sərhədinə və İndoneziyaya kimi yayılıb. IX–X əsrlərdən başlayaraq Azərbaycanda da S. tərəfdarları olub. İdealist metafizikanın (irfanın) xüsusi tərki-dünyalıq praktikası ilə birləşdirilməsi, müridin mistik məhəbbət yolu ilə Allahı dərk etməyə və tədricən ona qovuşmağa yaxınlaşması, mürid Allaha qovuşanadək isə onu mistik yolla bu məqsədə doğru aparan ustadın (mürşidin) mühüm rolu S.-in ən səciyyəvi cəhətləri sayılır. Sufilər xüsusi rəqslər və ya duaların sonsuz təkrarı ilə intuitiv idraka, “nurlanmaya”, ekstaza cəhd ediblər.
Tarix terminləri lüğəti