yun. strategos < stratos – qoşun + ago – arxamca aparıram
E.ə. VI əsrin sonundan e.ə. I əsrin ortalarınadək qədim yunan polislərində geniş hərbi və siyasi səlahiyyətlərə malik sərkərdə.
Afinada 10 S.-dən ibarət kollegiya mövcud olub. S.-lər xalq yığıncaqlarında 1 il müddətinə seçiliblər və bəzən ümumyunan hərbi-siyasi ittifaqlarına (məs.: Axeylər ittifaqına) başçılıq ediblər.
Tarix terminləri lüğəti