Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

stereotip

yun. stereos – bərk, həcmli + yun. typos – iz, ləpir

1. Poliqrafiyada nəşrlərin yüksək çap üsulu ilə çoxaldılması üçün ha­zırlanan qəlib. 

2. Uzunmüddətli sosial-tarixi təcrübə nəticəsində şüurlarda kök salmış, qəlibləşmiş təsəvvürlər, dav­ranış qayda­la­rı.

Bu termin, əsasən, tənqidi konteks­tdə işlədildiyi üçün mənfi tonallığa malikdir.

3. Şablon, orijinallıq­dan məhrum olan dü­şüncə tərzinin, əqli fəaliy­yətin nəticəsi, ya­radıcılıq məhsulu.

Jurnalistika terminləri lüğəti