yun. stenos – sıx + yun. grapho – yazıram
Şifahi nitqi xüsusi işarələrlə və sözləri, ifadələri ixtisar etməklə cəld yazıya köçürmək üsulu.
S. eramızdan əvvəl Qədim Misirdə yaranıb, Yunanıstanda, Romada tətbiq edilib. Terminin özünə tarixdə ilk dəfə 1602-ci ildə çap olunmuş «Sürətlə yazmaq sənəti, yaxud stenoqrafiya» əsərində rast gəlinir. XX əsrin son rübünə qədər bir çox jurnalistika fakültələrində tələbələrə məcburi fənn kimi S. keçilib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti