Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

stəndap

ing. stand up – dayaq, dayanıqlı

1. Jurnalistin hadisə yerindən kadrda reportaj aparması, birbaşa informasiya ötür­məsi üsulu.

S. görüntüyə sənədlilik xarakteri vermək və onu daha inandırıcı etmək məq­sədi daşıyır. Jurnalistin de­diklərini əks ­et­dirən görüntüləri vermək ­im­­kanı olma­dıqda (məs.: qapalı sam­mitlərdə), süjetin bir hissəsindən di­gərinə plastik keçidə ehtiyac yarandıqda və s. hallarda da bu üsuldan istifadə edilir.

2. Canlı auditoriya qarşısında yumoristik solo-çıxış, əyləncəli proq­ram­ların geniş yayılmış janrlarından biri.

Televiziyada bir sıra populyar yumoristik proqramlar, məsələn, komedi-klablar bu janrda hazırlanır.

Jurnalistika terminləri lüğəti