Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

spot

ing. spot – yer, ləkə

1. Televiziya və ra­dio proqramları arasında 10–60 saniyəlik reklam mətni və ya çarxı. 

2. Yerləşdiyi səth­dən rənginə, yaxud strukturuna görə se­çilən dairəvi ləkə.

S.-dan deko­rasi­yanın hər hansı hissəsini nəzərə çarp­dırmaq, ya­xud onu daha rəngarəng etmək üçün is­ti­fadə olunur. 

3. Bir və ya bir neçə lampadan ibarət çıraq.

S.-un lampalarını tək-tək ­is­tənilən istiqamətdə döndərmək və ­stu­­­diyada işığı müxtəlif cür paylamaq, döşəmədə, divarda parlaq işıq ləkəsi yaratmaq mümkündür.

Jurnalistika terminləri lüğəti