Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

sital

Ağdam, Ağdaş, Borçalı, Cəlilabad, Əli Bayramlı, İsmayıllı, Kürdəmir, Qafan, Qax, Quba, Masallı, Mingəçevir, Şəmkir, Şuşa, Tovuz

1. Nadinc, dəcəl (İsmayıllı, Şəki). □ Çox sital uşaxdı, təx' qoysan a:ləmi bir-birinə qatar (Şəki); Do:rusı, mən belə sital adam görməmişəm (Şuşa).

2. Höcət, tərs, sözə baxmayan (Ağdam, Ağdaş, İsmayıllı, Qafan, Quba, Şəmkir, Şuşa, Tovuz).  Bu uşağ elə sitaldu ki, hiç ulmiyən kimi (Quba); Atasının, qardaşının sözünə baxmıyan adam sital adamdı (Borçalı); Elə sital adama söz deməyin faydası yoxdu (Kürdəmir).

3. Həyasız, utanmaz, sırtıq (Cəlilabad, Əli Bayramlı, Qax, Masallı).

4. Paxıl (Mingəçevir).

5. Tənbəl (Borçalı).

Azərbaycan dilinin dialektoloji lüğəti