yun. synonymos – eyniadlı
Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlər; məs.: ürək – qəlb; qoçaq – cəsur və s.
Sinonimlər eyni mənanı bildirsə də, heç də hər zaman nitqdə bir-birini əvəz edə bilmir. Məsələn, böyük, iri, yekə sinonimlərindən yalnız birincisini hadisə və ya sənətkar sözünə aid etmək mümkündür. Sinonimlər fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti