1. Gözə daha az çarpmaq üçün aşağı oturmaq, əyilmək, gizlənmək, çuxura yatmaq; qorxub büzülmək. □ Kərbəlayı Tapdıq bəllədiyi tağların dibinə sindi. (Mir Cəlal).
2. Çökmək.
3. Tutub əyilmək. □ Kərəm yəhərin qaşına sinmişdi. (M.Hüseyn).
4. Məcazi mənada: cəsarəti qırılaraq səsini kəsmək, qorxmaq, çəkinmək. □ Xudayar bəy bir az sinib çəkildi kənara. (C.Məmmədquluzadə).
Həmçinin bax: