1. Sement məhlulu tökmək, sementlə malalamaq, üzərinə sement çəkmək, sementlə örtmək. □ Divarı sementləmək. Səkini sementləmək.
2. Tarix. Sementlə bərkitmək, aralarını sementlə doldurub möhkəmləndirmək. □ Sementlədiyimiz bəndi su yuyub aparıb. (İ.Əfəndiyev).
3. Məcazi mənada: möhkəmlətmək, bərkitmək. □ Mənə də Kələntər deyərlər, dövrəmi elə sementləmişəm ki, heç yeri qaza bilməzlər. (M.İbrahimov).