Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sataşmaq [sataşmax] feil

1. Birini acıqlandırmaq, pərt etmək, qanını qaraltmaq, təhqir etmək, ələ salmaq məqsədilə ona söz atmaq və ya başqa bir hərəkət göstərmək; sürtüşmək.

2. Zarafat məqsədilə söz atmaq, sürtüşmək, pərt etmək. □ Dilbərin rəfiqəsi yenə də oğlana sataşmaq istədi: – Kişi Fərhaddır, Fərhad! Görmürsən? (Ə.Sadıq).
3. Namusuna toxunmaq. □ O Bəylər qarnı yanmış, qız dükana şey almağa gəldikdə çəkib namusuna sataşmışdı. (Y.V.Çəmənzəminli). 
4. Toxunmaq. □ ...barmaqları zurnaya sataşcaq, əlinə alıb bir segah çaldı. (B.Talıblı).

Həmçinin bax:

frazeologizm: gözü sataşmaq frazeologizm: gözünə sataşmaq Azərbaycan dilinin izahlı lüğəti