1. Səs-küy azalmaq, ya kəsilmək, sakitlik düşmək; sakit olmaq, gücü, şiddəti zəifləmək, yavaşımaq, kəsilmək, keçib getmək. □ Gecədən keçmiş şəhər sakitləşdi. Dəniz sakitləşdi. Küləksakitləşdi.
2. Əsəbiliyi, həyəcanı, iztirabı keçmək; təskinlik tapmaq,rahatlanmaq, müvazinət kəsb etmək. □ Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. (Y.V.Çəmənzəminli).