Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sürülmək1 [sürülməx'] feil

1. Qovulmaq, aparılmaq. □ Naxır fermaya sürüldü.
2. Sürgün edilmək. □ ...üç il divana düşdün, üç il sürgünə sürüldün, gözəl ömrün keçdi. (M.F.Axundzadə).

sürülmək2 [sürülməx'] feil

1. Şumlanmaq. □ Sürüləcək yerin hələ ondan biri şumlanmamışdı. (M.İbrahimov). 
2. Məcazi mənada: sövq edilmək, cəlb edilmək. □ Lakin bunu bilməlisiniz ki, sizə güllə atan soldatlar da sizinlə müharibəyə məcburiyyətlə sürülür. (M.S.Ordubadi).

Azərbaycan dilinin izahlı lüğəti