lat. reparatio – bərpaetmə
Təcavüzkar dövlətin təcavüzə məruz qalmış dövlətə (dövlətlərə) dəymiş zərəri pul və ya maddi formada ödəməsini nəzərdə tutan maddi-hüquqi məsuliyyət.
R.-nın həcmi və xarakteri vurulmuş maddi ziyana uyğun olaraq müəyyənləşdirilir. R. hüququ ilk dəfə Versal sülh müqaviləsində (1919) əsaslandırılıb. Krım konfransının (1943) qərarına görə, nasist Almaniyası və onun müttəfiqləri II Dünya müharibəsi (1939–1945) gedişində vurduqları ziyana görə belə təzminat ödəməli olublar.
Həmçinin bax:
Tarix terminləri lüğəti