Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

regenerasiya [regenerasiya] isim lat. regeneratio < re... + genus – nəsil

1. Biologiya. Orqanizmin itirilmiş və zədələnmiş üzvlərini və toxumaları bərpa etməsi (məs.: kərtənkələlərdə). □ Regenerasiya prosesi.

2. İqtisadiyyat. Tökmə istehsalatında: istifadə olunmuş qəlib qarışığının (qəlib qumu dənələrini bərpa etmək və onların səthi aktivliyini artırmaq məqsədilə) xüsusi aparatlarda emalı.

3. Elektrotexnika. İstilik texnikasında: sistemdən çıxan qazvarı yanma məhsullarının istiliyindən sistemə daxil olan yanacaq, hava və ya qarışıqları qızdırmaq üçün istifadə edilməsi.

4. İnformatika. Hesablama texnikasında: EHM-in yaddaş qurğusunda informasiyanın oxunduqdan sonra da orada saxlanması üçün yenidən yazılması. □ İnformasiyanın regenerasiyası.

Azərbaycan dilinin izahlı lüğəti