türk. kurultay – məclis, yığıncaq
Türk xalqlarının bir çoxunda xalq nümayəndəliyi orqanı, ən mühüm dövlət məsələlərinin həlli üçün toplanan ümumxalq yığıncağı.
Q. müəyyən mənada müasir parlamentlərin analoqu sayıla bilər. Təsadüfi deyil ki, hazırda Başqırdıstan parlamenti Q. adlanır. Sonradan monqollar həm bu terminin özünü (“xurultay”, “xural” formasında), həm də xalq nümayəndəliyi forması kimi Q. keçirmək ənənəsini türklərdən mənimsəyiblər. Belə ki, XII–XVII əsrlərdə mühüm dövlət məsələlərinin həlli, o cümlədən Monqolustanın böyük xanlarının seçilməsi üçün vaxtaşırı çağırılan yığıncaqlar Q. adlanıb. Hazırda da Monqolustanın ali qanunvericilik orqanı Böyük Xalq Xuralı adlanır.
Tarix terminləri lüğəti