Reklam
Reklam

Tarix terminləri lüğəti

quldarlıq demokratiyası

Təqribən e.ə. 500–321-ci illərdə Afinada mövcud olmuş demokratik idarəetmə formasının tarixşünaslıqda adı.

Dünyada ilk demokratik sistem hesab olunan Q.D.-nda hər bir vətəndaş dövlətin idarə olunmasında iştirak etmək hüququna malik olub, bəzi hallarda isə bu hətta onun borcu sayılıb. Q.D.-nın çiçəklənmə dövründə Afina vətəndaşlarının 1/3-i bu və ya digər dövlət vəzifəsini tutub. Hazırda Qərb ölkələrindəki ən yüksək səviyyəli demokratiyalar belə vətəndaşların bu cür kütləvi şəkildə dövlətin idarə edilməsində iştirakını təmin edə bilmir və Q.D. ilə müqayisədə oliqarxik xarakter daşıyır. Buna baxmayaraq, Afinadakı Q.D. da məhdud demokratiya olub, çünki yalnız azad vətəndaşlar üçün nəzərdə tutulub. Əhalinin əksəriyyətini təşkil edən qullara və qadınlara isə siyasi hüquqlar verilməyib. Məhz bu səbəbdən həmin demokratiya Q.D. adlandırılır.

Tarix terminləri lüğəti