Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qudurmaq [qudurmax] feil

1. Quduz olmaq, quduzluq xəstəliyinə tutulmaq.
2. Məcazi mənada: son dərəcə hiddətlənmək; hirsindən, acığından özünü itirmək dərəcəsinə gəlmək. □ Şişman adam artıq büsbütün qudu-raraq əsəbi hallar keçirirdi. (A.Şaiq).
3. Məcazi mənada: coşmaq, tüğyana gəlmək, şiddətlənmək. □ Çırpınırkən xilas üçün həpimiz; Daha dəhşətlənib qudurdu dəniz. (H.Cavid).
4. Məcazi mənada: azğınlaşmaq, həddini aşmaq, cığırdan çıxmaq; hərəkətində, danışığında hədd-hüdudu aşmaq. □ ..-Üz vermək lazım deyil, qudurar. (Mir Cəlal).
5. Lovğalanmaq, tay-tuş tanımamaq, özünü yüksək tutmaq (var-dövlət və ya mənsəb sayəsində).

Həmçinin bax:

frazeologizm: qazanc qudurub mayanı yeyib frazeologizm: qudurasan, qurbağa frazeologizm: nəf qudurub mayanı yeyib Azərbaycan dilinin izahlı lüğəti